Azərbaycan prezidenti İlham Əliyev bazaar ertəsi “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
İSF-nin büdcəsi dövlət başçısınınn saytında dərc olunub.
2020-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 128 milyon 235,4 min manat səviyyəsində proqnozlaşdırılır.
Büdcə layihəsinə əsasən, Fondun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşacaq: büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin işsizlikdən sığortalanması üzrə daxilolmalar - 17 milyon 834,8 min manat, büdcədən maliyyələşən təşkilatlarin işçilərindən tutulan işsizlikdən sığorta üzrə daxilolmalar - 17 milyon 834,8 min manat, özəl sektorda içşilərdən – 76,2 mln. manat, qalanı – digər mənbələrin payına düşür.
2020-ci ildə fondun xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: işsizliyə görə sığorta ödənişləri - 5 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkili - 5 milyon manat, əmək birjaları və əmək yarmarkalarının təşkili - 500 min manat, haqqı ödənilən ictimai işlərin təşkili - 2 milyon manat.
Bundan əlavə, gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 63 milyon 735,4 min manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat, məşğulluq orqanlarının saxlanılması xərclərinə 43 milyon manat yönəldiləcək.
Həmçinin xərclər bəndində 2 milyon manatın peşə üzrə məsələhət xidmətlərinin göstərilməsi, 2 milyon manatın – peşə standartlarının hazırlanması, 1 milyon manatın – əlavə iş yerlərinin yaradılması və sosial müdafiəyə xüsusi ehtiyac duyan və məşğulluqla bağlı çətinlikləri olan vətəndaşlar üçün məqsədli proqramların keçirilməsi, 1 milyon manatın – məşğulluq üzrə digər fəal tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İşsizlikdən sığorta haqqında" qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. İşsizlikdən sığorta çərçivəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi nəzərdə tutulur. Sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%.**
N.Abbasova