Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi 12,5% - 637 milyon manata qədər artırılır.
Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi müvafiq fərmna imzalayıb. Bu barədə dövlət baçısının saytında məlumat verilir.
İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi 566 milyon manatdan 637 milyon manatadək artırılır”, - sənəddə qeyd olunur.
Dövlət başçısının digər fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi 2,02 dəfə - 5 milyon manatdan 10 milyon 126,118 min manatadək artır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. **
N.Abbasova