Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib.
Qanuna əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.
2019-cu il üçün yaşayış minimumu 180 manat məbləğində təsdiq edilmişdi. Beləliklə, 2020-ci il üçün yaşayış minimumu 2018-ci illə müqayisədə 5,6% artacaq.
Bundan əlavə, prezident İ.Əliyev “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqındaAzərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində (2019-cu il üçün 143 manat) məbləğində təsdiq edib. Beləliklə, 2020-ci ildə bu göstərici 11,9% artacaq.**
N.Abbasova