2019-cu ildə Azərbaycan Dünya İqtisadi Forumu (DİF) tərəfindən 2006-cı ildən dərc edilən “Global Gender Gap Index” reytinqində mövqeyini yaxşılaşdırıb.
İndeks 153 dövləti və 4 əsas sahəni əhatə edir: təhsil, səhiyyə və ömür uzunluğu, iqtisadiyyat və karyera, eləcə də siyasi hüquqlar.
Azərbaycan bu il ümumi göstərici üzrə 94-cü yeri (ötən il 97-ci yer) tutub, Şərqi Avropa və Mərkəzi Asiya regionunda isə 26 yerdən 23-cü yerdə qərarlaşıb.
Məruzəyə görə, Azərbaycanda qadınlar iqtisadi həyatda olduqca fəal iştirak edirlər (dünyada 33-cü yer), təhsil səviyyəsi nisbətən yüksəkdir (60-cı yer), səhiyyə üzrə göstərici isə zəifdir (152-ci yer).
Gender bərabərliyinin siyasi meyarına əsasən ölkə dünyada 140-cı, o cümlədən parlamentdə təmsil olunan qadınların sayına görə isə 107-ci yeri tutur.
Azərbaycan, eyni zamanda, qadın nazirlərin ümumiyyətlə olmadığı 10 ölkə sırasında yer alıb.
DİF qeyd edir ki, son 50 ildə Rusiya, İtaliya, Meksika, Cənubi Afrika Respublikası, İspaniya, İsveç və ABŞ da daxil olmaqla 85 dövlətə kişilər başçılıq edib.*
A.Əzizov