Azərbaycan 2019-cu ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının idxalını 21,3% - $1 milyard 486 milyon 690,08 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 1 milyon 487,718 min ton (artım 49,9%) buğdanın ($319 milyon 693,45 min), 308,411 min ton (artım 15,1%) meyvə-tərəvəz məhsullarının ($171 milyon 443,53 min), 46,298 min ton (artım 7%) ətin ($71 milyon 662,63 min), 145,238 min ton (artım 12,9%) bitki və heyvan mənşəli yağların ($122 milyon 280,14 min) payına düşüb.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana $63 milyon 601,21 min dəyərində 12 min 462,69 ton kərə yağı (artım 16,7%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 12%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova