Azərbaycan hökuməti beynəlxalq agentliklərdən reytinqlərin alınması ilə əlaqədar xidmətlərin ödənilməsi üçün 2020-ci il dövlət büdcəsində 600,6 min manat (cari məzənnə ilə $353,3 min) nəzərdə tutub. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
Hazırda Azərbaycan üç beynəlxalq reytinq agentliyinin – “Fitch Ratings”, “Standard & Poor`s” və “Moody`s” agentliklərin kredit reytinqlərinə malikdir.*
Ə.Məmmədov