Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycana səfəri zamanı qeyd edib.
“Biz qeyd olunan dəhlizin genişləndirilməsi imkanlarını öyrənmək barədə razılığa gəlmişik. Bu, Avropa istehlakçılarına qaz tədarükünün şaxələndirlməsi üçün vacibdir”, - Zelenskinin Teleqram kanalında deyilir.
Ukrayna prezidenti bildirib ki, region ölkələrinin tranzit potensialını istifadə etmək və bunun üçün infrastrukturu inkişaf etdirmək lazımdır. **