Çərşənbə axşamı Bakıda Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenskinin danışıqlarının yekunlarına dair 4 sənəd imzalanıb. Bu barədə Ukrayna liderinin Ofisi məlumat verir.
Xüsusilə, tərəflər arasında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında” saziş imzalandı. Sənədi Azərbaycanın xarici işlər Naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Vadim Pristayko imzalayıblar.
Bundan əlavə, Pristayko və Məmmədyarov Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında saziş imzaladılar.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolunu imzalayıblar.
O cümlədən, Kanevski və Xudiyev Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə imzaladılar.**
A.Əzizov