Ermənistan Silahlı Qüvvələri Qazax rayonunda sərhəd döyüş məntəqələrini və kənd sakinlərinin yaşayış evlərini intensiv atəşə tutub. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
“2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub”, - deyə məlumatda bildirilir.
Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.*
X.Nəsirzadə