2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 50 milyard 845,1 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 7,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 6,4% - 5 min 135,2 manatadək artıb.
Yanvar-oktyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 46 milyard 652 milyon manat qalır ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 7,1% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.**
Ə.Məmmədov