Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qəza bu gün saat 10:15 radələrində baş verib. Hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 yaralı(26-68 yaşlarında) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan birinin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Digər yaralılara lazımi tibbi yardım göstərilib. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.*
X.Nəsirzadə