Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC “Güzəştli mənzil” sisteminin funksionallığının artırılması üzrə işlərin həyata keçirilməsi üçün tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Tenderdə iştirak haqqı 800 manatdır.
“Tender təklifləri 2020-ci il yanvarın 27-dək qəbul olunur. Təklif zərfləri yanvarın 28-də açılacaq”, – deyə elanda bildirilir.*
Ə.Məmmədov