Baş Prokurorluq kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsində ittiham olunan Elvin İsayevi dindirib. Bu barədə Baş Prokurorluqdan məlumat verilir.
“Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında vəkilin iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
“İttiham olunan şəxsin saxlanma şəraiti və səhhəti normaldır", - məlumatda deyilir.
Qeyd edək ki, İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr tarixində Azərbaycana deportasiya olunub Xəbər verildiyi kimi, RF hökuməti İsayevi Rusiya vətəndaşlığından məhrum edərək ölkədən çıxarır. Mətbuatın məumatına görə, Sankt-Peterburqda RF vətəndaçşı olan həyat yoldaşı ilə yaşayan 39 yaşlı İsayev təqribən 20 il əvvəl Rusiya pasportu alıb. O, Azərbaycabda siyasi hadisələr barədə video blog yaradıb Bundan sonra Isayev Ukraynaya köçüb. **
B.Rüstəmbəyov