Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansını hazırlamağı tapşırıb.
“Nazirlər Kabineti altı ay müddətində balansı hazırlayaraq Azərbaycan prezidentinə təqdim etməlidir”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Bundan əlavə, Nazirlər Kabinetinə Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin təklifləri əsasında vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi qaydalarını hazırlayıb doqquz ay müddətində təsdiq etmək tapşırılıb. **
Ə.Məmmədov