Fövqəladə Hallar Nazirliyi 3 milyon 240,969 min manat ümumi məbləğdə regional yanğınsöndürmə depo binasının tikinti işlərinə iki podratçı cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 girişli yanğınsöndürmə depo binasının tikinti işlərinin satın alınmasına dair “Şinkar Holding ”MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 1 milyon 558,609 min manatdır.
Bundan əlavə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 girişli yanğınsöndürmə depo binasına aid tikinti işlərinin satın alınmasına dair “AVS Təmir tikinti ”MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 1 milyon 682,359 min manatdır. **
X.Nəsirzadə