Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirib. Bu barədə dövlət başçısnın saytında məlumat verilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu il dekabrın 1-nə ölkədə 292,5 min ton pambıq yığılıb, bu da ötən ilin analoji dövrünün göstəricisindən 32,7% çoxdur.
Dövlət başçısı məlumat verib ki, 2019-cu ildə rekord həddə - 294 min ton pambıq yığılıb, məhsuldarlığın orta hesabla hər hektardan 29,4 sentner təşkil edib.
“Bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir”, - prezident İ.Əliyev bildirdi.
O vurğulayıb ki, son illərdə bu sahəyə xüsusi diqqət göstərildiyini, yeni texnikalar alınıb, dövlət proqramının qəbul olunub. “Son 3 ildə 15 min 700 texnika alınıb, bu isə pambığın 87 faizinin texnika ilə yığılmasına imkan verib, suvarma tədbirləri görülüb, fermerlərə güzəştli kreditlər, istehsalçılara subsidiyalar verilib, pambıqtəmizləmə zavodlarında yenidənqurma işləri aparılıb, pambığın satınalma qiymətləri artırılıb”, - Əliyev deyib.
O cümlədən, dövlət başçısı bildirib ki, hazırda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan əməyə cəlb olunub. **
B.Rüstəmbəyov