“VTB Bank (Azerbaijan)” ASC əməliyyat səmərəliliyinin artırılması məqsədilə işi davam etdirəcək. Bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirin deyib.
“Bizi bu göstərici tam qane etmir və aktiv kredit portfeli, komissiya gəliri və müçtərilərimizin tranzaksiya fəallığının artırılması üzərində çalışaraq bu səyləri bankımızın əməliyyat səmərəliliyinin artırılmasına yönəldəcəyik”, - Kirin cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “bu istiqamətdə bankın üzərində işləyəcəyi məsələlər var”.
Kirin vurğulayıb ki, 2019-cu ildə bank bazarda yeni kredit məhsulları istifadəyə verib, həmçinin əmanətlər üzrə biar sıra aksiyalar keçirib.
“Biz kiçik biznes üçün krdeit məhsulları xəttini yeniləyərək, onları məqsədli təyinatı üzrə bölüşdürmüşük. Məqsəd kreditin məqsədindən asılı olaraq müştərilərin həmin aləti təyinatı üzrə istifadəsinin mümkün olmasıdır”, Kirin bildirib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99%-i “VTB Bank” ASC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov