Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.
“Cümə axşamı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib”, - Müdafiə Nazirliyindən məlumat verilir. **
B.Rüstəmbəyov