Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərsu” ASC-yə 8 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.*
B.Rüstəmbəyov