Prezident İlham Əliyev bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevi vəzifəsindən azad edib. Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvətxorluqda şübhəli bilinərək saxlanılmaları barədə məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı digər məlumatda isə bildirilir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov da saxlanılıb. O, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
N.Abbasova