Mingəçevir Yüksək Texnologiyalar Parkında “Simbioz” texnoloji biznes inkubatoru istifadəyə verilib. Bu barədə İnnovasiyalar Agentliyi məlumat verir.
“Simbioz” texnoloji biznes inkubatoru universitet tələbələri, gənc tədqiqatçılar, magistrant və doktorantlara praktiki, elmi-texniki biliklərini müxtəlif istiqamətlər üzrə inkişaf etdirməyə və artırmağa kömək edəcək.
Biznes inkubatorununun fəaliyyəti çərçivəısində İnnovasiyalar Agentliyi və Mingəçevir Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıblar. **
X.Nəsirzadə