İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının 12-ci iclası 2020-ci il yanvarın 21-22-də Kiyevdə keçiriləcək. Bu barədə Ukrayna KİV-ləri xəbər verir.
“Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclasının Azərbaycandan yüksək səviyyəli nümayəndə heyətinin səfəri çərçivəsində 2020-ci il yanvarın 21-22-də keçirilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Bu razılaşma Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində keçirilən işgüzar görüşlər zamanı əldə olunub.
Azərbaycana səfər zamanı Ukrayna şirkətlərinin nümayəndələri “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də olublar. Səfərin yekunları üzrə “Ruslan i Lyudmila” MMC ilə SKSP arasında Azərbaycana pas modifikatorunun tədarükü haqqında müqavilə imzalanıb.
Sonuncu dəfə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası 2016-cı ilin iyul ayında Bakıda keçirilib.*
B.Rüstəmbəyov