Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın ən iri mebel istehsalçılarından biri olan “Saloğlu” şirkətinə 4 milyon avro kredit ayırıb.
“7,6 milyon manat ekvivalentində ayrılan 4 milyon avro enerji səmərəli istehsal zavodu, anbar və paytaxt Bakı şəhərində flaqman satış mağazası qurmağa imkan verəcək”, - deyə məlumatda bildirilir.
Kredit, həmçinin 1 min ton karbon qazı ekvivalentində zərərli tullantıları azaltmağa imkan verəcək.
Hazırda Azərbaycanın bölgələrində “Saloğlu” şirkətinin 13 ixtisaslaşmış mebel mağazası fəaliyyət göstərir.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 avqust 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,43 milyard avro investisiya qoyulub. Hazırda bank respublikada 37 layihə reallaşdırır və 1,4 milyard avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 23%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür.*
Ə.Məmmədov