Rusiya Federasiyasının prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“V.Putin İ.Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyib”, – deyə məlumatda bildirilir.
Təbrik teleqramında qeyd olunur ki, İ.Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir.
Putin Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Əliyevin şəxsi töhfəsini çox yüksək qiymətləndirib.
“Bizim aramızda yaranmış etimad və qarşılıqlı anlaşma mənim üçün həqiqətən çox qiymətlidir. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə birgə səmərəli işimiz davam edəcəkdir”, – deyə Rusiya prezidenti vurğulayıb.
Dekabr ayının 24-də prezident İ.Əliyevin 58 yaşı tamam olur.*
N.Abbasova