Prezident İlham Əliyev aztəminatlı ailələrə 7,6 milyon manat məbləğində birdəfəlik yardımın ödənilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.
Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.*
N.Abbasova