Prezident İlham Əliyev “2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolu təsdiq edib.
Sənədin mətni Azərbaycan prezidentinin saytında dərc olunub.
Dəyişikliklərə əsasən, Azərbaycan və Qazaxıstan arasında vizasız rejim 90 gün müddətinə uzadılır. Bundan başqa, Azərbaycan və Qazaxıstan vətəndaşları 30 gün müddətində hər iki ölkənin ərazisində qeydiyyatsız qala biləcəklər.*
A.Əzizov