Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,72% təşkil edib. Bu barədə Mərkəzi Seçki Komitəsinin məlumatında deyilir.
Saat 19:00-a olan məlumata görə, seçki məntəqələrində 1 milyon 627 min 64 seçici səs verib.
Seçki məntəqələri səhər saat 08:00-dan axşam saat 19:00-dən açıq olub.
Ümumilikdə 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 41 min 462 namizəd mübarizə aparır. Onlar 13 siyasi partiyanın nümayəndələri və ya öz təşəbbüsü ilə namizədliyini irəli sürən şəxslərdir.
Seçkilərlə əlaqədar ölkədə 5,049 min seçki məntəqəsi açılıb. Seçki prosesini onlayn rejimdə izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.
Azərbaycanda 4 milyon 972,356 min nəfər səsvermə hüququna malikdir.
Seçkiləri 52 min 636 yerli və 17 beynəlxalq müşahidəçi izləyib.
Bələdiyyə üzvləri 5 il müddətinə seçilirlər.*
N.Abbasova