Rusiyanın "İrAero” aviaşirkəti 2020-ci il yanvarın 15-dən Samaradan Bakıya birbaşa reyslərin həyata keçirilməsinə başlayacaq. Bu barədə şirkətin saytında məlumat verilir.
Reyslər həftədə bir dəfə - çərşənbə günləri yerinə yetiriləcək. Samaradan uçuş vaxtı 01:20, Bakıdan - 04:10 təşkil edir. Uçuş müddəti 1 saat 50 dəqiqədir. Uçuşlar “Sukhoi Superjet 100” tipli təyyarələrlə həyata keçiriləcək. Biletlərin qiyməti bir tərəfə 8 min 685 rubldan (“Standart” tarifi ilə) başlayır.
Hazırda “İrAero” şirkəti Bakı, Çelyabinsk, Orenburq və Yekaterinburqdan uçuşlar həyata keçirir.*
N.Abbasova