Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 150 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank dekabrın 24-də keçirilən hərracda 150 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 783,1 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 5,76% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 13 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
Ə.Məmmədov