Bu gün Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“V.Putin dekabrın 24-də prezident İ.Əliyevə telefonla zəng edib və onu ad günü münasibətilə təbrik edib”, - deyə məlumatda qeyd olunur.
İ.Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
“Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduqlarını bildiriblər. İ.Əliyev və V.Putin ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələrin önəminə toxunaraq, bu gün Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışının genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi işinə böyük töhfə verəcəyini qeyd ediblər”, - deyə məlumatda vurğulanır.
Bu gün prezident İ.Əliyevin 58 yaşı tamam olur.*
A.Əzizov