Prezident İlham Əliyev bu gün bir sıra sosial layihələrin həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon 610 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, vəsait Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisinə yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən ayrılacaq.*
X.Nəsirzadə