Azərbaycanda kənd təsərrüfatı İnfrastrukturun yenidən qurulması və təkmilləşdirilməsi 202-ci ildə davam etdiriləcək. Bunu kəndttəsərrüfatı naziri İnam Kərimov deyib.
“Xüsuisilə gələn il Ağstafa rayonunda yaradılmış “Dilbaz” atçılıq təsərrüfatı üçün yeni atçılıq kompleksinin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binasının, Baytarlıq Klinikasının, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iri və xırdabuynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisinə başlanılıb”, - Kərimov “Yeni Azərbaycan” Partiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, gələn il Şamaxı rayonunda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fillokseraya davamlı calaq-üzüm əkin materialının istehsalı üçün calaq kompleksinin inşasının başa çatması və İsmayıllı rayonunun Lahıc qəsəbəsində Arıçılıq Kompleksinin inşası na başlamaq nəzərdə tutulur.
“Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Universitetin yeni tədris korpusunun və Peşə Məktəbinin inşası başa çatmaq üzrədir. Növbəti il müxtəlif təyinatlı sort-sınaq məntəqələrinin də inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur”, - Kərimov qeyd edib. **
Ə.Məmmədov