“Azərbaycan Sənaye Korporasiyası” ASC auditor seçimi məqsədilə təkliflər sorğusu elan edib.
“Sorğunun qalibi 2019-cu il ərzində korporasiyanın balans hesabatı, həmçinin 2020-ci i9l ərzində maliyyə hesabatının auditini həyata keçirməlidir”, - korporasiyanın elanında deyilir.
Təkliflər 2020-ci il 7 yanvar saat 12:00-dək qəbul olunur.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.**
Ə.Məmmədov