Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb. **
Ə.Məmmədov