2019-cu ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 1,35 min dopinq testi götürülüb (549-u yarış müddətində, 801-i yarışdan kənarda), antidopinq qayda pozuntusu ilə bağlı 16 fakt aşkar edilib. Bunu Agentliyin direktoru Şəfəq Hüseynli cümə axşamı mətbuat konfransında bildirib.
“Cari il ərzində 1,35 min test aparııb, 16 pozuntu faktı aşkar olunub. Qeyd etmək lazımdır ki, il başa çatmadığına görə dəqiq rəqəmlər gələn ilin əvvəlində məlum olacaq”, - Hüseynli bildirib.
2018-ci ildə 27, 2017-ci ildə - 22 antidopinq dayda pozuntusu qeydə alınıb.
O vurğulayıb ki, antidopinq qayda pozuntularından 4-ü ağır atletika, 4-ü - boks, 2-si - karate, 2-si - güləş, 1-i - sambo, 1-i - cüdoda və 1-i yüngül atletikada qeydə alınıb.
O cümlədən, Hüseynli qeyd edib ki, hazırda bir idmançının işi apelyasiya prosesindədir, həmin şəxs dopinqdən istifadəyə görə 12 il müddətinə diskvalifikasiya oluna bilər.
“Hələlik apelyasiya prosesi başa çatmadığına görə idmançının adı və idman növünü qeyd edə bilmərik”, - Agentliyin direktoru vurğulayıb.
O əlavə edib ki, 2019-cu ildə götürülən nümunələrin sayı 2018-ci illə müqayisədə 56,4%, 2017-ci illə müqayisədə - 3.1 dəfə artıb. **
X.Nəsirzadə