Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2020-ci ildən başlayaraq fermerlərə subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə verəcək. Bu barədə agentliyin sədri Mirzə Əliyev məlumat verib.
“Sistemdə qeydiyyatdan keçmiş 440,413 min fermerin 291,533 mini payızlıq əkin bəyannaməsini doldurub”, - deyə o, bu gün 2019-cu ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS) media üçün təqdimatı cari ilin fevral ayında keçirilib. Fermerlər sadələşdirilmiş qeydiyyat prosedurundan keçərək resursda şəxsi kabinet yaradırlar.
Şəxsi kabinetdə fermer təsərrüfatının yerləşdiyi rayon, torpaq sahəsi, yetişdiriləcək məhsul barədə məlumat verilir. Bundan sonra fermer həmin sahədə məhsuldarlıqla bağlı proqnoz əldə edə biləcək. Həmçinin elektron resursda “Big Data” məlumat bazası da yaradılıb.
Bundan başqa, fermerlər EKTİS vasitəsilə elektron müraciətlər əsasında subsidiyalar ala biləcəklər.*
B.Rüstəmbəyov