Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) birinci-vitse prezident institutu yaradılacaq. Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Dekabrın 28-də AMEA Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı keçiriləcək.
“Yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə