“LUKOIL-Azerbaijan” QSC YDM-lərində göstərilən xidmətlərin keyfiyyətinə nəzarət sistemini təkmilləşdirir. Belə ki, “LUKOIL”un bütün yanacaqdoldurma stansiyalarında 24/7 fəaliyyət göstərən yenilənmiş qaynar xətt (tel: +994124974190) stikerləri quraşdırılıb. YDM-nin xidmətlərindən yararlanan istehlakçıların hər bir müraciətinə rəhbərlik səviyyəsində baxılaraq operativ cavab alınacaq. Şirkət özünün brendləşdirilmiş məntəqələrində xidmətin elalon səviyyəsinin təminatı məqsədilə müştərilərin hər biri ilə əməkdaşlığa hazırdır.
Fürsətdən istifadə edərək “LUKOIL-Azerbaijan” QSC-nin rəhbərliyi Azərbaycan Xalqını qarşıdan gələn Yeni 2020-ci il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir!