“Aqrolizinq” ASC 2018-2019-cu illər üçün maliyyə hesabatlarının auditorunu seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim kotirovka sorğusu əsasında aparılır.
Təkliflər 29 dekabr saat 18:00-dək qəbul olunur. Təklif zərfləri 30 dekabr saat 11:00-da açılacaq.
Telefon: (012) 425 66 94.
“Aqrolizinq” ASC 2004-cü ildə yaradılıb və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
Ə.Məmmədov