Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi şəhərdə abadlıq işlərinin həyata keçirilməsinə dair 834,280 min manat ümumi məbləğdə üç mqavilə imzalayıb.
www.etender.gov.az saytının məlumatına əsasən, "TİKİNTİ BƏRPA FİRMASI" MMC ilə məişət tullantıları konteynerlərinin satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 284,978 min manatdır.
MKT "GƏNCƏ KÖRPÜ TİKİNTİ-2" ASC ilə Gəncə şəhərinin küçələrində səkilərin təmiri, həmçinin abadlıq və quruculuq işlərinin davam etdirilməsinə dair iki müqavilə imalayıb. İmzalanan müqavilələrin məbləği 270,565 min manat və 278,736 min manat təşkil edir. **
X.Nəsirzadə