Azərbaycan əhalisi vergilərin könüllü ödənilməsinə tədricən adaptasiya olub. Vergilər nazirinin müavini Sahib Ələkbərov belə hesab edir.
“11 ayı ərzində toplanan məlumatlar 2019-cu ildə mühüm nailiyyətlər əldə etdiyimizi bəyan etməyə bizə əsas verir. Vergi yığımı prinsipindən vergilərin könüllü ödənilməsinə keçidi əsas nailiyyət hesab etmək olar”, - Ələkbərov bu gün ilin yekunlarına həsr olunan mətbuat konfransında bəyan edib.
Ələkbərov qeyd edib ki, bu, səyyar yoxlamaların sayının azalmasına da təsir göstərib. “2018-ci ilədək bizdə səyyar yoxlamaların sayı on minlərlə olurdu. Ötən il vergi orqanları tərəfindən 1,532 min səyyar yoxlama, cari ilin 11 ayı ərzində isə - cəmi 776 yoxlama keçirilib”, - o əlavə edib.
Nazir müavini vurğulayıb ki, 2019-cu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə plan 415 milyon manat artıq yerinə yetirilib. “Cari ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 518 milyon manat artıq vəsait köçürülüb”, - Ələkbərov əlavə edib. **
Ə.Məmmədov