Bakı MDB-də Yeni İl yarmarkalarının keçirildiyi ən yaxşı şəhərlərin beşliyinə daxil olub.
TurStat analitik agentliyin məlumatına əsasən, Bakının Yeni İl yarmarkası turistlər üçün ən cəlbedici tədbirlərdəndir.
MDB şəhərlərinin turizm populyarlığının təhlilinin nəticələri üzrə tərtib olunan siyahıya əsasən, 2019-2020-ci illərdə Rusiya və MDB ölkələrinin ən yaxşı Yeni İl və Milad yarmarkalarının beşliyinə Bakı ilə yanaşı daxil olub: Moskvada keçirilən “Milada səyahət” festivalı, Sankt-Peterburqda keçirilən Milad yarmarkası, Minsk (Belarus) və İrəvanda (Ermənistan) keçirilən Milad və Yeni İl yarmarkaları. **
X.Nəsirzadə