Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti təmir işlərinin həyata keçirilməsi və kommunal infrastrukturun təkmilləşdirilməsi haqqında ümumilikdə 4 milyon 862,449 min manat dəyərində 2 müqavilə bağlayıb.
www.tender.gov.az saytında verilən məlumata görə, «Azgersu» MMC ilə Xidmətin inzibati binasının dam örtüyünün təmiri haqqında 2 milyon 494,98 min manatlıq müqavilə bağlanılıb.
Milli Geoloji Kəşfiyyat Xidməti, həmçinin «SİM-KO» MMC ilə qurumun inzibati binasında istilik və kanalizasiya xətlərinin çəkilməsi haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 2 milyon 367,469 min manatdır.*
X.Nəsirzadə