"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti müxtəlif işlərin satınalınmasına dair 215,301 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "CONTEK LTD" şirkəti ilə müxtəlif növ kondisionerlərin satınalınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri -
194,061 min manatdır.
Bundan əlavə, "Bakı Metropoliteni" vaqonların pasportlarının rəqəmsallaşdırılması xidmətinin satınalınması məqsədilə "BAKİNİTY DİSTRİBUTİON" MMC-ni cəlb edib. Müqavilənin dəyəri -
21,24 min manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.**
X.Nəsirzadə