Cari ilin yanvar-noyabr aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $953,5 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"Yanvar-noyabr aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($205,1 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($95,4 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azəralüminum" MMC ($106,3 mln.), "Azərenerji" ($75,9 mln.), "AzerGold" QSC ($79 mln.), "Azərbaycan Hava Yolları" ($20,8 mln.), « Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($22,3 mln.), “CTS-Agro” MMC ($5,8 mln.), “Azərkimya” İB ($2 mln.), “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC ($2,4 mln.) və Bakı Neft Emalı Zavodu ($1,2 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “SOCAR Polymer” ($72,2 mln.), "MKT İstehsalat Kommersiya" MMC ($60,1 mln.), «Nine Climate» MMC ($44,6 mln.), «Global Export Fruits» MMC ($33,2 mln.), «Sun Food» MMC ($28,4 mln.), «Azərbaycan Şəkər İstehsalat Birliyi» MMC ($26,2 mln.), "Baku Steel Company" MMC ($26,5 mln.), «Caspian Enerji-2020» MMC ($22,5 mln.) və “Natural Fruit” MMC ($23,6 mln.) daxildir.
Azərbaycan 2019-cu ilin hesabat dövründə $1,781 mlrd. məbləğində qeyri-neft məhsulları ixrac edib.**
N.Abbasova