2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 milyard 164,1 milyon manatlıq ($683 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 2,6% azalıb.
Cari ilin noyabr ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 90,3 milyon manat məbləğində (ötən ilin noyabr ayı ilə müqayisədə azalma 18,5% – İF) əməliyyat aparıblar.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana turist axını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 11% - 2 milyon 923,8 min nəfərədək artıb.
2018-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 278,4 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur.**
B.Rüstəmbəyov