2019-cu il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $139,9 mln. dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2018-ci ildə bu göstərici $149,8 mln. təşkil edib. Beləliklə, 2019-cu ildə yardımın həcmi ötən illə müayisədə 6,4% azalıb.
Yanvarda $8 mln., fevralda $5,6 mln., martda $7,3 mln., apreldə $10,5 mln., mayda $17,8 mln., iyunda $10,5 mln., iyulda $20,4 mln., avqustda $11,6 mln., sentyabrda $8,2 mln., oktyabrda $18,6 mln., nоyabrda $12,2 mln., dеkаbrda $9,2 mln. dəyərində mal ixrac olunub.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.**
B.Rüstəmbəyov