Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gizli səsvermə nəticəsində iki birinci vitse-prezident seçilib.
Səsvermənin nəticələrinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev bu vəzifəyə seçiliblər.
Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəyli, təbiət və dəqiq elmlər üzrə isə İbrahim Quliyev seçilib.
Birinci vitse-prezident vəzifəsi AMEA-da yeni təsis edilib.*
X.Nəsirzadə