Bakı Nəqliyyat Agentliyi piyadalar üçün istiqamət göstərici lövhələrin alınması və quraşdırılmasına 920 min manat ($458,9 min) yönəldəcək.
www.tender.gov.az saytının məlumatna əsasən, BNA tenderin yekunları üzrə bu işlərin ixrasına "MG CONSTRUCTION" MMC-ni cəlb edib. Şirkətlə 920 min manat dəyərində müqavilə imzalanıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
N.Abbasova