Bakı Nəqliyyat Agentliyi paytaxtda nəqliyyat infrastrukturunun genişləndirilməsinin ümumi daxili məhsulda təsirlərinin qiymətləndirilməsini həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a agentlikdən məlumat verilir.
Bu məqsədlə BNA Vüqar Bayramovla müqavilə imzalayıb. Müqavilənin dəyəri -32,64 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
Ə.Məmmədov